​Tunisdə müstəqil namizəd dövlət başçısı seçildi

Baxış sayı:
260

“Ərəb Baharı”nın alovlandığı ilk ölkə olan Tunisdə xalq müstəqil namizəd olan professor Qeys Səid və “Tunisin Qəlbi” Partiyasının lideri Nəbil əl-Karvi arasındakı prezident seçkilərinin ikinci mərhələsi üçün səsverməyə gedib.

Muxalifet.az xəbər verir ki, təxminən 7 milyon seçicisi olan ölkədə iştirak faizi 45 faiz olub. 
Səsvermənin nəticələrinə görə, müstəqil namizəd Qeys Səid seçicilərin 72 iki faizinin dəstəyini alıb.
Birinci turda 18,40 faiz səslə ön sırada olan və sonra digər namizədlərin də dəstəyini alan Səidin  səsvermədən əvvəl də prezidentlik yolunda digər namizədlərdən daha öndə oluğu göstərilirdi.

Muxalifet.az