“Təəssüf edirəm, amma dəyişikliklər zamanıdır” – TRAMP İKİ ÖLKƏNİN TƏHDİD ETDİ

Baxış sayı:
5011

ABŞ prezidenti Donald Tramp ticarət müqavilələrində aparacağı yeni dəyişikliklər vasitəsilə Meksika və Kanadaya ağır sanksiyalar tətbiq edəcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp Şimali Amerika Azad Ticarət Müqaviləsinin yenidən nəzərdən keçirilməsi zamanı polad və alüminium idxalının gömrük vergilərində köklü dəyişikliklər aparılacağını bildirib. Bu dəyişiliklərin ən çox Meksika ilə Kanadaya təsir edəcəyini söyləyən Tramp deyib: “Təəssüf edirəm, amma dəyişikliklər zamanıdır”.
Ağ Evdən verilən xəbərlərə görə, qarşıdakı həftə ərzində tətbiq edilməyə başlanacaq yeni vergilərin poladda 25, alüminumda isə 10 faiz artırılacağı nəzərdə tutulur. Bu sanksiyalar bütün ölkələrə qarşı eyni dərəcədə qüvvədədir. Məmurlar polad ilə alüminiuma qoyulacaq yeni vergilərin ABŞ sənayesini qorumaq üçün lazım olduğunu bildiriblər.
Şimali Amerika Asad Ticarət Müqaviləsində dəyişikliklər aparmaq üçün Kanada və Meksika ilə aparılan müzakirələrin mühüm bir irəliləyiş qazanmamasının iki ölkənin ABŞ ilə apardığı bütün ticarət razılaşmalarına da mənfi təsir edəcəyi gözləmilir. Bu müzakirələr bir ilə yaxındır ki, davam edir. Şimali Amerika Azad Ticarət Müqaviləsi müzakirələrinin son görüşü bu həftə Meksikanın paytaxrı Mexikoda keçiriləcək.