TSQ-yə əmr verildi: ƏSƏD GÜCLƏRİNİ VURUN

Baxış sayı:
4003

TSQ və ASO qüvvələrinin keçirdiyi “Zeytun Budağı” Hərəkatı çərçivəsində Afrinə getmək istəyən Əsəd qüvvələrinə qarşı TSK-ya əmr verilib.
 
ƏSƏD MİLİSLƏRİ VURULACAQ!
 
“Zeytun Budağı” Hərəkatının ilk günündən bəri Əsədlə YPG-nin razılaşdığı və rejim güclərinin Afrinə daxil olduqları iddia edilirdi. Ancaq meydançadakı parametrlər və şərtlər bunun baş verməyəcəyini göstərdi.
 
MÜQAVİLƏ İDDİASI
 
YPG, bu həmləni edərək Əsədlə qarşılıqlı təsir və ünsiyyət halında olduğunu, Hələbdən Afrinə doğru gedən yollara və marşruta hakim olduğunu göstərməyə çalışdı. Bununla "Buraya istədiyim zaman dəstək üçün döyüşçü gətirə bilərəm" mesajını vermək istədi.
 
MƏQSƏD TƏBLİĞATDIR
 
Afrin şəhər mərkəzində Əsəd tərəfdarı olan kütlələr TSQ-nin əməliyyatına qarşı hərəkətə keçirilmək istənildi. Təbliğat məqsədli bu təşəbbüsü, “Reuter”s Xəbər Agentliyi "YPG-yə yaxın mənbələrə" əsaslanaraq xəbər verdi. "Əsəd milislərinin Afrinə girdikləri" xəbəri isə rejim və Hizbullah tərəfdarı mənbələrlə istinad edilərək manipulyasiya edildi. Hizbullah və rejim tərəfdarı Televiziya, avtomobil konvoyunda silahlı adamların görüntülərini yaydı. Bunu Suriya Dövlət Televiziyası da müşayiət etdi.
 
ƏVVƏL MARŞRUT
 
Böhranın baş verdiyi ilk gün Nazirlər Kabinetinin iclası zamanı TSK-ya lazımi göstərişlər verildi. Türk Hava Qüvvələri təyyarələri tərəfindən bunların keçid marşrutları bombalandı. Fırtına topları da Harbul Səhər, Tel Cibbin, Hayfa Kallah kəndləri yaxınlığındakı marşrutları vurdu. Afrinə getmək üçün toplaşanlar, qorxaraq geri çəkildilər.
 
SONRA YOLDA
 
Afrinə getməyi planlaşdıranlar əvvəlki gün şanslarını bir daha yoxladı. Hələbin Şeyx Məsud Qəsəbəsinə 3 kilometr qalmış 2 əsgəri kazarmada toplaşan silahlı milislər, yenə gündüz vaxtı, F-16-lar və pilotsuz SİHA-ların hədəfi oldular. Aralarında Kürdlər və Baas Partiyasının üzvləri vardı. Bu dəfə avtomobil konvoyu ilə Afrinə yaxınlaşmağa cəhd etdilər, ancaq yan yörələri bombalanınca qayıdıb qaçdılar.
 
TAM MÜHASİRƏ
 
Bu təşəbbüsdən sonra prezident Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, Afrinin tam mühasirəyə alınması qərarı verildi. Artıq bundan sonra TSQ, rejimin və YPG-nin təbliğat vasitələrinin təzyiqinə, Afrinə müdaxilə etməsinə imkan verməyəcək. Afrin-Hələb yönəldən TSQ ünsürləri, buranı havadan və qurudan müşahidə vasitələri ilə tam nəzarət altına aldı. Bölgədə hər cür hərəkətdə olan hərbi ünsürlər dərhal vurulacaq. Qısa müddət ərzində buranın quru qoşunları vasitəsilə də mühasirəyə alınması planlaşdırılır. Mare-Tel Rifat xətti və hazırda PKK-nın əlində olan Tel Rifatın qərbi nəzarətə götürüləcək. Afrinə aparan yeganə Nubl və Zahraa bölgələri də tamamilə qapadılacaq.
Müxalifət.az