TSQ və ASO Cindərəsi ƏMƏLİYYATINA BAŞLADI

Baxış sayı:
5389

TSQ və ASO, terror təşkilatı PKK-nın Afrin regionunda ən mühüm qalalarından biri hesab edilən Kefer Cenneyi terrorçulardan geri aldı. Bu bölgədə təkcə YPG/PKK terrorçuları deyil, eyni zamanda Əsəd rejiminə bağlı Şiə milisləri gücləri də yerləşirdi. Əsəd güclərinin əsas məqsədləri də bu bölgədə yerləşməklə Türk ordusunun Afrinə doğru irəliləməsinə əngəl olmaq idi. Bu baxımdan, Kəfər Cennə strateji əhəmiyyət daşıyır.
 
Bu arada Mətinli kəndini terrorçulardan azad etməklə Türk əsgərləri və Azad Suriya Ordusu (ASO) qüvvələrinin Afrin mərkəzinə çatmasına 10 kilometrdən az qaldı. Halhazırdakı şimaldakı yerləşən mövqelərdən Afrin mərkəzinə 9,5 kilometrdir.
 
TSQ və dəstək verdiyi ASO gücləri, terror təşkilatı PYD/PKK-nın nəzarətindəki Afrin mərkəzinə çatmaq üçün mühüm mərhələlərdən biri olan Cinderesinə yönəlib. Afrinə hakim bütün istehkam mövqelərini ələ keçirən TSQ və ASO, Cinderesi şəhər mərkəzinə hücuma keçərək məhəllə döyüşlərinə başlayıb. Tez bir zamanda Afrin mərkəzi baxımından strateji əhəmiyət daşıyan Cinderesinin terrorçulardan təmizlənəcəyi gözlənilir.
Müxalifət.az