TSQ göstəriş verdi! Hər şeyə hazırlıqlı olun

Baxış sayı:
2644

“Fərat Qalxanı”, “Zeytun Budağı” bölgələri və İdlib xəttində Türk əsgərinin sayı 30 mini keçib. Son 15 gündə sərhəddə zirehli texnika və tankların sayı iki qatına çıxarılıb. Strateji nöqtələrə raket enişləri və topçu batareyaları yerləşdirilib. Bölgədə 50 min döyüşçüsü olan ASO-ya “hazır olun” göstərişi verilib.
 
Rusiya və Əsəd qüvvələri İdlibe qarşı bombardmanları artırıb. Son 2 gündə 58 nöqtə vurulub. Cisr əl Şugur, Sahlel Gab və Morek regionlarında cəmləşən quru və hava hücumlarında çoxu mülki əhali olan 29 nəfər həyatını itirib. Türkiyə isə təzyiqin hər dəqiqə yüksəldiyi regiona yönəlmiş hərbi tədbirlərini artırır. “Fərat Qalxanı”, “Zeytun Budağı” bölgələri və İdlib xəttində mövcud olan 12 müşahidə məntəqəsi ilə birlikdə sərhəddəki Türk əsgərinin sayı 30 mini keçib.
 
SƏRHƏDDƏ HAZIRLIQ
 
Türk Silahlı Qüvvələri, Yayladağı və Atma arasında sərhəd sistemi yaradıb. “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatlarında iştirak edən birlikləri İdlib sərhədinə sövq edilib. Son 15 günlük prosesdə sərhəd xəttində yerləşdirilən zirehli texnika və tankların sayı iki dəfə çıxarılıb, strateji nöqtələrə raket enişləri və topçu batareyaları yerləşdirilib. Afrin, Azez, Cerablus, Əl Bab, Çobanbey, Otlaq və Savran xəttində Azad Suriya Ordusu (ASO) qruplarına "hazır olun" əmri verilib.
 
50 MİN DÖYÜŞÇÜ HAZIR
 
ASO-ya göndərilən təlimatda əsgər sayı, silah və sursatların miqdarı ilə bağlı hesabat kimi təqdim etmələri və hərbi hərəkətlərə hazır olmaları tələb olunub. “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində yaradılan Milli Ordu çatısı altında 30 min ASO döyüşçüsü var. Bunların 10 mini regionda saxlanılarkən, 20 mini isə İdlibə nəql ediləcək. İdlibdə bütün qrupların birləşməsi ilə yaranan "Vətən Cəbhəsi” çətiri altında da 30 min döyüşçü var.
 
SEYR ETMƏYƏCƏYİK
 
Mütəxəssislər Hatay sərhədi və Suriya arasında davam edən hərbi fəallığı, prezident Rəcəb Tayyib Ərdoğanın "seyr etməklə yetinməyəcəyik” açıqlaması ilə paralel dəyərləndirilmənin lazım olduğunu qeyd edib. “Şah-Fərat” Əməliyyatının komandiri təqaüddə olan general Ehsan Başbozkurt, Əsədin Dəraa və Quta vəhşiliyini İdlibdə təkrar edə bilməyəcəyini, Türkiyənin sülh mərkəzli konstruktiv səylərinin nəzərə alınması, əks halda hər kəsin ağır bədəl ödəyəcəklərini vurğulayıb.
 
BÜTÜN VARİANTLAR MASADA
 
Terror və Təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ isə sərhəd xəttində fəallığın yalnız müdafiə xarakterli olmadığını, hadisənin hücum xarakteri daşıdığını bildirərək "İdlib üzərindən aparılan müharibə, Afrin və Fərat Qalxanına qarşı çirkli əməlləri də özündə daşıyır" deyə, söyləyib. TSQ  üçün bütün variantların masada olduğunu qeyd edən Başbuğ, Ərdoğanın "seyrçi qalmayacağıq” ifadəsini də əsas gətirərək, bu sözün sahədə tam tətbiq olunacağını dilə gətirib.
Müxalifət.az