TSQ-dən son Afrin açıqlaması: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI

Baxış sayı:
7813

Afrindəki terror təşkilatı YPG/PKK-nın terrorçu başçıları Türk əsgəri Afrin mərkəzinə yaxınlaşınca arxasına baxmadan qaçdı. Zərərsizləşdirilən terrorçu sayı 3393 oldu.
 
Şimali İraqda yayımlanan bir televiziya kanalı Afrin çıxışında yüzlərlə maşının şəhərdən ayrılmağa çalışdığını görüntüləyib.
Türkiyənin Afrindən sonrakı hədəfi  olanMenbicdə axşam saatlarında böyük bir partlayış meydana gəlib.
Azad Suriya Ordusu (ASO) qüvvələri, dünən Cinderesi və Bülbül bölgəsində 11 yeni kəndi YPG-li terrorçulardan təmizləyib.
Afrindəki son xəritəyə görə, Türk xüsusi təyinatlı qüvvələri və ASO ünsürləri şərq cəbhəsində cənuba doğru irəliləyir. Yaxın zamanda Suriya rejiminin nəzarət etdiyi sahəyə çatılacaq. Beləliklə YPG-lilərin Afrindən qaçmaq şansı qalmayacaq.
Müxalifət.az