TSQ-dən Afrindəki son vəziyyətlə BAĞLI AÇIQLAMA

Baxış sayı:
3886

“Zeytun Budağı” hərəkatı 30-cu günündə uğurla davam edərkən, zərərsizləşdirilən terrorçu sayı da 1614-ə yüksəlib.
 
Bu günə qədər 32 əsgərin şəhid olduğu, 9 dinc vətəndaşın da həyatını itirdiyi hərəkatın son vəziyyətinə dair Baş Qərargah rəhbərliyindən edilən son açıqlamada, bir günlük əməliyyatda quru və hava əməliyyatları nəticəsində 19 terrorçu öldürülüb, bütövlükdə isə 1614 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
3 gündür Afrinin qərbində davam edən qarşıdurmalar nəticəsində Raco mahalının kəndlərində nəzarəti təmin edən desantçılar və ASO əsgərləri kritik nöqtələrə yerləşib. Qəndildən gələn Raco və Cinderesdəki terrorçuların Afrinlə əlaqəsinin kəsilməsinə çalışılır. Tank və artilleriya qoşunlarının dəstəyilə dağlıq ərazilərə yerləşən TSQ və ASO əsgərlərinin, terrorçuların sızma təşəbbüsündə olduğu keçid yollarını ələ keçirdiyi bildirilib.
Müxalifət.az