TSQ-dan GÜCLÜ ZƏRBƏ - Qəndildə PKK rəhbərlərindən biri vuruldu!

Baxış sayı:
2707

Türkiyənin Milli Kəşfiyyat təşkilatı ilə Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdikləri əməliyyat nəticəsində təşkilatın əsas qərargahının yerləşdiyi Qəndildə qondarma Rəhbərlik Şurasının 7 nəfər üzvündən biri olan Diyar Qərib Məhəmməd və onun iki nəfər mühafizəçisi zərərsizləşdirilib. İlk dəfədir ki, Qəndildə əməliyyat zamanı rəhbər şəxs öldürülüb.

Əməliyyatın iyunun 27-də keçirildiyi bildirilir.

“Halmat Diyar” kod adlı Qərib Məhəmməd 1973-cü ildə, İraqın Süleymaniyyə şəhərində doğulub.