Təslim olan terrorçudan şok etiraf: 16 yaşlı qıza..

Baxış sayı:
13024

Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan Xəlil kod adlı terrorçu ifadəsində təşkilatda yaşadıqlarını və şahidi olduğu hadisələri danışıb. Təşkilatın həqiqi üzünü nümayiş etdirən terrorçu ailələri xəbərdarlıq edərək, "Uşaqlarınıza sahib çıxın, təşkilata verilən uşaqlar çox ağır şəraitdə yaşamağa məcbur edilir və təcavüzə məruz qalır" - deyib.
 
Təslim olan PKK terrorçusu olduqları düşərgədən onunla bərabər 6 nəfər ilə başqa bir bölgəyə sövq edildiyini, ancaq geyəcək ayaqqabısının da cırılmış olduğunu, bu ayaqqabılar ilə dağlıq və meşəlik ərazilərdə yeriməsinin mümkün olmadığını, sözdə qrup liderinə çatdırdığı halda bir ayaqqabı belə verilmədiyini, yarı yolda ayaqqabılarının tamamilə cırıldığını, yalın ayaqla yerimək məcburiyyətində qaldığını, sonda ağrıya dözməyərək huşunu itirdiyi, işin daha acı tərəfinin digərlərinin bu vəziyyətə əhəmiyyət vermədiyini, ona kömək belə etmədiklərini, israrla yeriməyə davam etməyə çətinlik çəkdiyini, bunun da onun üçün bir işgəncəyə çevrildiyini bildirib.
Terrorçu ifadəsində həmçinin yer dəyişmə əsnasında gecələmək məqsədilə dayandıqları mağarada terrorçulardan birinin onlara təzə gələn 16 yaşlı qız uşağına təcavüz etdiyinə şahid olduğunu, bu hadisənin onun üçün son nöqtə olduğunu, bu qalmaqala daha çox dözməyəcəyini anlayıb, təslim olmağa qərar verdiyini bildirib.
Müxalifət.az