Təslim olan terrorçudan çirkin etiraf!

Baxış sayı:
6580

Təslim olan terrorçuların ifadələri, terror təşkilatı PKK-nın çirkin üzünü nümayiş etdirir. Regiondakı təhlükəsizlik mənbələrindən verilən məlumata görə, təhlükəsizlik qüvvələrinə təslim olan H.A. kod adlı təşkilat mənsubu ifadəsində içində olduğu terrorçu qrupun təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatda çox itki verdiyini bildirib. Diyarbəkirdəki əməliyyatda bir neçə təşkilat üzvünün yaralandığını qeyd edən H.A, özünün isə yara almadan xilas olduğunu ifadə edib. H.A, soyuqdan qorunmaq üçün gecə keçirdikləri mağarada təşkilatın sözdə rəhbərlərindən birinin D. kod adlı yaralı qadın terrorçuya təcavüz etdiyinə şəxsən şahid olduğunu, qadın terrorçunun də bu vəziyyətə qorxudan etiraz etmədiyini söyləyib. Terrorçu H.A, təşkilatda qadınların yalnız bir kölə kimi görüldüyünü, PKK-nın sözdə rəhbərlərinin də qadın terrorçuları istədikləri kimi istifadə etdiklərini bildirib. H.A, təşkilatın xüsusilə kənd yerlərində dəstək görmək üçün gənc qızlara xitabən "bacılarımız" və "qardaşlarımız" ritorikasında olduğunu, bunun yalnız yerli xalqı aldatmaq üçün istifadə edilən üsullardan biri olduğunu vurğulayıb. Müxalifət.az