Təslim olan qadın PKK-nın çirkli üzünü anlatdı

Baxış sayı:
5863

 Evlənmə vədilə aldanaraq PKK terror təşkilatına qoşulan və təşkilatın Suriyadakı davamı YPG-dən qaçaraq Suriya sərhədində Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçu PKK-nın çirkli üzünü göstərəcək açıqlama verib.
 
Türkiyə təhlükəsiz qüvvələrinə təslim olan terrorçu qadın E.D.-nin (23) ifadəsinin detalları ortaya çıxıb.
Təşkilatın ifşasına yönəlik verdiyi mühüm məlumatlara görə, E.D Mersində litseyin son sinfindəykən ailəsinin onu başqası ilə evləndirmək istəməsindən sonra terror təşkilatı PKK-nın fəaliyyətlərinə qatılan sevgilisi M.B. İlə qaçdığını deyib.
M.B ilə evlənmək ümidi ilə Hakkarinin Yüksekova rayonuna getdiklərini bildirən E.D, "Ailəmin məni başqasına ərə verəcəyini düşündüyümdən M.B ilə Hakkarinin Yüksekova rayonuna qaçdıq. Cilo dağı bölgəsinə getdik. Mənim buradakı kod adım Avaşindi. Terror təşkilatıyla tanış olmağım M.B. sayəsində oldu. Onunla Hakkariyə qaçmadan bir neçə gün əvvəl mən sol qoluma PKK, sevgilim isə sol qoluna YPG yazılı döymə etdirdik" deyib.
Sevgilisi M.B-nin saxta kimlik daşıdığını bildirən E.D, belə davam edib:
“Dağda qaldığımız müddətdə mən heyvanlara baxırdım, M.B. isə arada şəhərə gedib gəlirdi. Nə etdiyini soruşanda, “bilməsən daha yaxşı olar”, deyirdi. Yəqin ki, xəndək və barrikada hadisələrində iştirak edirdi. Bir müddət sonra buradakı həyatdan bezdiyimi, ailəm üçün darıxdığımı M.B.-yə söyləyəndə bir neçə dəfə məni döydü. Məni ailəmin yanına buraxmadı. Bizi öldürəcəklərini deyirdi. Həmçinin özünün axtarışda olduğunu, yaxalandıqda həbs olinacağını deyirdi. Buradan PKK-ya qatılmağımızın lazım olduğunu və təşkilat içərisində bir müddət qaldıqdan sonra təşkilatın bizi buraxacağını deyirdi".
M.B. və regiondakı şəxslərin təlqini ilə terror təşkilatı PKK-nın dağ heyətinə qatılmağa qərar verdiyini dilə gətirən E.D, uzun bir yoldan sonra Suriyanın Qamışlı ərazisinə keçdiklərini bildirib.
Burada M.B. İlə ayrı-ayrı yerlərə göndərilməsinə qarşı çıxdığını bildirən E.D, "M.B, “hara istəsəniz, ora göndərin” dedi, ancaq mən bunu qəbul etmədim, bizim bura gəlmə məqsədimizin birlikdə olmaq, bir müddət qalıb, geri dönmək olduğunu deyəndə, “mənə oradakı vəzifəlilər PKK-ya giriş var, çıxış yox” dedilər və mənə verilən sənədə böyük hərflərlə “qaça bilər, tədbir görülməlidir” - deyə qeyd yazdılar" deyib.
 
QAÇA BİLMƏYİNCƏ İNTİHARA CƏHD ETDİ
 
 YPG/PKK düşərgələrində ona ideoloji və əməli döyüş təlimi verildiyini bildirən E.D, düşərgəyə gələndən 3 gün sonra qaçmağa çalışdığını, ancaq yaxalandığını, daha sonra intihara cəhd etdiyini söyləyib.
Xəstəxana kimi istifadə olunan binada 3 ay gərgin vəziyyətdə qaldığını, bu müddətdə də terror təşkilatı PKK başçısı Abdullah Öcalanın kitablarının oxudulmasına diqqəti çəkən E.D, daha sonra pusqu və sızma kimi təlimlər verildiyini, ancaq ona silah verilmədiyini deyib.
E.D. təşkilat haqqında deyilənlərin doğru olmadığını bildirərək, bu etiraflarda olub:
“Təşkilata qatılmadan öncə Mersin və Hakkaridə olduğum zaman təşkilatı mənə azadlıqların baş verdiyi yer kimi danışdılar, amma qoşulduqdan sonra heç bir azadlıq görməmişəm. Təşkilatda azad iradə, azad düşüncədən danışırdılar, ancaq axtardığım azadlığı qətiyyən tapmadım. Bütün sosial və mədəni həyatımız yox edilmişdi. Ailəmizlə görüşməyimizə də imkan verilmirdi. Telefon istifadə edə bilmirdik. Televiziyalarda yalnız təşkilati proqramlara baxdırılırdı. Təşkilatın norma və qaydalarına görə yaşamaq lazım idi. Hətta qadınlar saçlarını kəsmək üçün təşkilatdan icazə alırdı. Çünki Abdullah Öcalan uzun saç sevdiyindən saçlarımızın yalnız hörüklü vəziyyətdə olması lazım idi. Qısası, mən təşkilata qoşulduğum zaman təşkilatda axtardığım azadlıq və ideologiyanı görmədim. Buradakı həyat tərzi ilə üzləşəndə qaçma təşəbbüslərinə başladım".
Kalaşnikof avtomatı ilə özünü vurduğunu bildirən E.D, daha sonra mülki xəstəxanada yatdığını, bu prosesdə ASO-nun köməyi ilə qaçdığını və sərhəddə təslim olduğunu söyləyib.
Təşkilatın hər keçən gün itki verdiyini vurğulayan E.D, "Təşkilatın son vəziyyəti dəhşətlidir. PKK dağılma mərhələsinə gəlmişdir. Afrin əməliyyatında təşkilat ağır itkilər vermişdir. Əməliyyatda yaralanan təşkilat üzvləri belə təşkilatı tərk edir. Hazırda təşkilat içərisində də qaçmaq istəyən çox adam var" deyib.
HDP-nin də PKK-nın siyasi partiyası olduğunu bildirən E.D, Amerikanın YPG-yə dərmanla yardım etdiyini də sözlərinə əlavə edib.
Müxalifət.az