Tərtərdə qəza: ölən və yaralanan var

Baxış sayı:
3715

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki,hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.