​Tərtərdə minaya düşən Azadın vəziyyəti necədir?

Baxış sayı:
1681

Ötən gün Tərtər rayonunda minaya düşən Azad Həsənovun vəziyyəti orta-ağırdır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstə hazırda nəzarət altındadır: “Dünən vəziyyəti ağır idi, amma bu gün ağır-stabildir. Hazırda reanimasiyadadır və müalicələri davam edir”.
Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.