Tərtərdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Baxış sayı:
2355

Tərtərdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, iyunun 4-də Tərtər rayonu ərazisində Bərdə şəhər sakini R.Cəmillinin xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.
 
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb.
 
Faktla əlaqədar cinayət işi başlanıb.