Tribunada Türk bayrağını yandırdılar!

Baxış sayı:
1933

Yunanıstan ilə Estoniya arasında oynanan futbol matçında Yunan azarkeşlər, tribunada Türk bayrağını yandırıb.
 
Yunanıstan ilə Estoniya milli komandaları UEFA Millətlər Liqası çərçivəsində qarşı-qarşıya gəlib. Estoniyanın Yunanıstanı 1-0 məğlub etdiyi matçda Yunan azarkeşlər böyük bir qalmaqal yaradaraq, məğlubiyyətin acısını Türkiyə bayrağından çıxıblar.
Əllərində Yunan bayrağı ilə komandalarını dəstəkləməyə gələn azarkeşlər məğlub olandan sonra Türk bayrağını nümayişkaranə yandırıblar. Bu zaman maraqlıdır ki, heç bir təhlükəsizlik xidməti hadisəyə müdaxilə etməyib və diqqətlərdən yayınmayıb.
Müxalifət.az