Tərbiyəsiz mədənilər

Pritça

Orada hamı, hətta bazarda kartof satanlar da diplomludur. Amma hamısı oğru və tərbiyəsiz.

Rusiyada əhalinin otuz beş faizi, yəni hər yüz nəfərdən otuz beşi qəzet və kitab oxumur və bu, ölkə üçün faciə sayılır. Orada isə hər min nəfərdən doqquz yüz doxsan doqquzu qəzet və kitab nə olduğunu bilmir və bu, başda başçı olmaqla heç kimin vecinə deyil.

Orada məşuqəsi olmayan məmur, deputat və polis nəfəri, priton və fahişəxana olmayan şəhər, rayon və qəsəbə yoxdur.

Orada bircə nəfər də siyasi terrorist tapmazsan. Çünki hamısı mədəni adam olub, pozğunluqla məşğuldur.

Orada uşaqdan-qocaya kimi hamısı praqmatiklik dahisidir.

Əlisa Nicat