Tramptan sərsəm “TÜRKİYƏ” AÇIQLAMASI

Baxış sayı:
1864

ABŞ prezidenti Donald Tramp, FETÖ və PKK adına cinayət törətdiyi iddiası ilə həbsdə olan və 35 il həbs cəzası istənən ABŞ vətəndaşı keşiş Endryu Kreyq Brunsonun haqqında bir mesaj paylaşıb.
 
Trampın israrla ekstradisiyasını tələb etdiyi Amerika əsilli din xadimi Brunsonun həbsinin davamına qərar verilməsindən sonra ABŞ təlaşa düşüb. Məhkəmə qərarından sonra Trampdan qalmaqal açıqlamalar gəlib.
Trump, sosial media hesabı Twitterdə paylaşdığı mesajda Brunsonun yaxşı bir Xristian lideri olduğu deyib və "Ona casus deyirlər, mən ondan daha çox casusam" ifadəsini işlədib.
Trampın mesajı belədir:
“Amerikada yaxşı bir centlmen və Hrıstiyan lider olan keşiş Brunson yox yerə Türkiyədə mühakimə olunur və zülmə məruz qalır. Ona casus deyirlər, mən ondan daha çox casusam. Ümid edirəm ki, evinə və aid olduğu gözəl ailəsinə qayıtmasına icazə veriləcək".

Müxalifət.az