Trampla xanımı Hellouini qeyd etdilər - FOTO

Baxış sayı:
3176

ABŞ prezidenti Donald Trampla birinci xanım Melaniya Tramp Ağ Evdə Hellouin bayramı ilə əlaqədar şənlik təşkil ediblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı prezidentlə 49 yaşlı xanımının qonaqları uşaqlar olub. Binanın divarları, bu günə özəl olaraq, ağac siluetləri, pilləkənları isə balqabaqlarla bəzədilib. Donald və Melaniya uşaqları şirniyyatlara qonaq edib onlarla xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Ağ Evdə Hellouin bayramını qeyd etmək adətini 1958-ci ildə eks-prezident Duayt Eyzenhauerin həyat yoldaşı Meymi qoyub. Həmin vaxtdan bu ənənəyə bütün ABŞ prezidentləri əməl edir.