​Trampla Putin Argentinada görüşdü - Ağ Ev

Baxış sayı:
5206

Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ Prezidenti Trampla Rusiya lideri Putinin Argentinada G-20 çərçivəsində qeyri-rəsmi görüş keçirdiyini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, Ağ Ev sözçüsü Donald Tramp və Melaniya Trampın bir çox dünya liderləri, o cümlədən Putinlə qeyri-rəsmi danışıqlar apardığını bildirib.
Qeyd edək ki, Kerç böhranı səbəbindən Tramp Putinlə ikitərəfli görüşünü ləğv etmişdi. Hətta liderləri G-20 zirvəsində salaşması mərasimində də Trampla Putinin görüşmədiyi bildirilmişdi.
Kreml sözçüsü Peskov isə bu gün media açıqlamasında liderlərin ayaqüstü görüşəcəyini bildirmişdi.