Trampla Pentaqon rəhbəri arasına “qara pişik” girib

Baxış sayı:
3400

ABŞ-da bəzi Ağ Ev və Müdafiə Nazirliyi rəsmiləri, bir hesabata görə, prezident Donald Trampın, 2018 noyabr ayında keçiriləcək Konqresə ara seçkilərindən sonra müdafiə naziri Ceyms Mattisin yerinə Tramp tərəfdarı birini gətirməyi düşündüyü irəli sürülüb.
 
ARALARINA QARA PİŞİK GİRİB
 
Mənbələr, Tramp və Mattis arasındakı əlaqənin ilk vaxtlar çox güclü olduğunu və güclü olan münasibətlərinin pozularaq, Suriya, Şimali Koreya və milli təhlükəsizlik məsələlərində fikir ayrılığına qədər gəldiyi söylənir.
ABŞ müdafiə naziri Ceyms Mattisin Trampa olan sədaqətini ictimaiyyətə açıqlayan biri olmadığı və Pentaqonu çox siyasi təsirdən və ABŞ ordusunun siyasi məqsədlər üçün istifadə edilə biləcəyi fikrindən həmişə uzaq saxlamaqda maraqlı olduğu bildirilir.
 
KİTAB ARALARINI DAHA DA AÇDI
 
Bu həftənin əvvəlində jurnalist Bob Vudvordun kitabının nəşr olunması ikilinin arasındakı münasibəti daha da çətinləşdirib. Vudvord kitabında, Mattisin “Tramp 5-ci və ya 6-ci sinif şagirdinin zəkasına sahibdir” dediyini bildirmişdi.
Müxalifət.az