Trampla Makronun birgə əkdiyi ağac qurudu - Foto

Baxış sayı:
5599

ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makronun ötən il Ağ Evin həyətində birgə əkdikləri ağac quruyub.
Muxalifet.az xəbər verir ki, bunu Fransanın “Monde” qəzeti yazıb.
"Fiqaro" qəzeti isə məlumatı təsdiqləyərək ağacın ABŞ tərəfindən tətbiq edilən karantin rejiminə tab gətirə bilmədiyi üçün quruduğunu bildirib.
Qeyd edək ki, Fransa Prezidenti E.Makronun ötən ilin aprelində iki ölkə arasındakı münasibətlərin 250-ci ildönümü münasibətilə ABŞ-a səfər edib. Makron səfəri zamanı Ağ Evin həyətində ABŞ Prezidenti ilə birgə “dostluq meşəsi” adlandırılan ağac əkib. Fransa lideri I Dünya müharibəsi zamanı 2 min ABŞ əsgərinin həlak olduğu Fransadakı meşəlik ərazidən gətirilən bu ağacın iki ölkə arasındakı uzunmüddətli əlaqələrin simvolu olduğunu söyləyib.