Trampla Kim Çenin görüş formatı açıqlandı

Baxış sayı:
7396

ABŞ və Şimali Koreya liderlərinin Vyetnamın Hanoy şəhərindəki görüşü ötən il Sinqapurda keçirilmiş sammiti formatında olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi məlumat verib.
“Deyə bilərəm ki, bu, formatına görə ötən ilin iyununda Sinqapurda gördüklərimizi xatırladacaq. İki liderin təkbətək görüşmək, birlikdə nahar etmək, nümayəndə heyətlərinin geniş formatda görüşlərində iştirak etmək imkanı olacaq”, - deyə o qeyd edib.