​“Trampla işləmək bir şərəfdir” – VİTSE-PREZİDENT

Baxış sayı:
337

Prezident Donald Trampla bu məsələni müzakirə etdik və əminəm ki, prezident mənim sədaqətim haqda kimsədən heç nə soruşmayıb.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Mayk Pens “Nyu York Tayms” qəzetinin iddialarını cavablandırarkən deyib.
 
“Gəlin bu mövzuya birdəfəlik son qoyaq, biz yazılanlara yaxşıca güldük. Prezident mənə məqalədə yazılanları deyə biləcək bir mənbənin olmadığı söylədi. Mənim üçün onun vitse-prezidenti çalışmaq da, mənə seçkilərdə yenidən birgə iştirakı təklif etməsi də şərəfdir”, - Pens bildirib.
 
Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Donald Trampın Mayk Pensin sədaqətindən şübhə duyduğunu iddia etmişdi. Tramp isə Tvitter hesabında Mayk Pensin sədaqətindən qətiyyən şübhəsi olmadığını yazmışdı.