Trampla danışdı, Türkiyə düşməninə dəstək verdi

Baxış sayı:
7912

Misirin prezidenti Abdulfettah Sisi ölkəsinin Liviyada Türkiyəyə sataşan general Xəlifə Hafterin yanında yer aldığını açıqlayıb.
 
Misirdən verilən açıqlamaya görə, Sisi ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Telefon danışığında, ortaq əhəmiyyətə sahib regional mövzularla yanaşı, Liviya və Sudandakı hadisələrlə bağlı mövzuların müzakirə olunduğu ifadə edilib.
Sisi telefon danışığında, Liviyanın təhlükəsizliyi, sabitliyi və bütünlüyünə Misirin dəstək verdiyini ifadə edərkən, ölkəsinin Xəlifə Hafteri dəstəklədiyini vurğulayıb.
Tramp isə Liviya böhranının bütün bölgənin təhlükəsizliyini təhdid etdiyini, indiki vəziyyətin bir an əvvəl həll edilməsinin lazım olduğunu qeyd edib.
Hər iki tərəfin Liviya mövzusundakı ortaq işlərin intensivləşdirilməsinin zəruri olduğu mövzusunda həmfikir olduğu qeyd edilib.
Danışıqda, Sudandakı gəlişmələrlə bağlı mövzuların da müzakirə olunduğu ifadə edilib.
Müxalifət.az