Trampla danışarkən Ərdoğanın İŞ OTAĞINA QOYULAN BAYRAĞIN SİRRİ

Türkiyə prezidenti Ərdoğanın Trampla telefonda danışarkən çəkilən fotoşəkidə 57-ci Alayın bayrağı diqqət çəkib.
 
Rəcəb Tayyib Ərdoğan dünən günortadan sonra ABŞ prezidenti Donald Trampla telefonda danışarkən çəkilmiş bir fotoşəkil yayımlanıb.
 
 FOTODA MESAJ KİMİ TƏFƏRRÜAT: 57-ci ALAYIN BAYRAĞI!
 
O fotodakı 57-ci Alayın bayrağının detalı isə diqqətlərdən qaçmayıb. Prezidentin iş otağında olan o bayrağın mənası çox böyükdür.
Belə ki, Çanaqqala Savaşı zamanı 3-də 2-si şəhid olan, ancaq cəbhəni tərk etməyən 57-ci Alay böyük bir qəhrəmanlıq nümunəsi göstərmişdi. Daha sonra bir çox cəbhələrdə döyüşən 57-ci Alay göstərdiyi qəhrəmanlıqlardan dolayı dünyada ən çox medala sahib və ən qəhrəman alay kimi səciyyələnir.
Məhz 57-ci Alaya hörmətdən dolayı TSK-da hələ də 57 nömrəli Alay yoxdur.
Müxalifət.az