​Trampla bağlı mesajları ortaya çıxdı, işdən qovuldu

Baxış sayı:
5098

ABŞ Prezidenti Donald Tramp əleyhinə mesajları ortaya çıxan Federal Təhqiqat Bürosunun agenti Peter Strzok vəzifəsindən qovulub.
Muxalifet.az xəbər verir ki, Strzokun vəkili 21 ildir vəzifədə olan müvəkkilinin işdən çıxarılmasının qurumun iş prinsipinə uyğun olmadığını söyləyib. Strzokun vəkili qərarın bütün amerikalılar üçün çox təhlükəli olduğunu söyləyib.
Qeyd edək ki, Tramp bu ilin may ayında Federal Təhqiqat Bürosunun 2016-cı ildə keçirilən prezident seçkilərində təbliğat kampaniyasına müdaxilə edilməsi ilə bağlı araşdırma aparılmasını tələb edib.