Trampın Yəhudi kürəkənindən Fələstinlilər üçün hiyləgər plan!

Baxış sayı:
6460

“Foreign Policy” jurnalı tərəfindən sızdırılan yazışmalarda ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnerin Fələstinlilərə qarşı xain planı gün üzünə çıxıb.
 
Kuşnerin 6 milyona yaxın Fələstinliyə qaçqın statusu verən Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Qurumunu (UNRWA) oyundan kənar vəziyyətə salmaq istədiyi ortaya çıxıb. Elektron məktublarında "UNRWA”-nın dağıdılması üçün açıq və səmimi bir səy ortaya qoymaq vacibdir" ifadələrini işlədən Kuşnerin beləliklə Fələstinlilərin, 1948-dən bəri İsrail işğalı altında olan torpaqlarına geri qayıdışını əngəlləməyə çalışdığı qeyd olunub.
Xəbərdə, Kuşnerin İordaniyada qeydiyyatda olan 2 milyondan çox Fələstinlinin qaçqın statusundan çıxarılması üçün Əmman rəhbərliyinə təzyiq göstərdiyi də bildirilir. ABŞ-ın “Əsrin Müqaviləsi” planı çərçivəsində fəaliyyətini davam etdirən Kuşnerin Yaxın Şərq turunda da bu məsələyə ciddi şəkildə toxunacağı ifadə edilib. Kuşnerin iyunda İordaniyaya gedəndə, bu ölkədə qeydiyyatda olan 2 milyon Fələstinli qaçqının İordaniyada oturaq hala gətirilməsi üçün təzyiq göstərdiyi və maliyyə yardım sözü verdiyi qeyd edilib.
Fələstin Qurtuluş Təşkilatı (FKÖ) İdarə Heyətinin üzvü Hannan Aşravi də Tramp rəhbərliyinin “UNRWA”-nı aradan qaldıraraq, bu təşkilatın işlərini Ərəb ölkələrinə həvalə etməyə çalışan bir siyasət apardığını təsdiqləyib.
Müxalifət.az