​Trampın yeni təklifi gənc immiqrantlar məsələsini Meksika ilə sərhəd divarına bağlayır

Gənc immiqrantlara dair proqramı dəstəkləyənlər ötən həftə New York-da Trump Tower önündə nümayiş keçirib

Ağ Ev sənədsiz gənc immiqrantlara dair hər hansı yeni sövdələşməni qanunsuz immiqrasiyaya qarşı tədbirlərlə və Meksika sərhədində divar tikilməsi ilə əlaqələndirib.
ABŞ prezidenti Donald Trump divarın tikilməsinə vəsaitin ayrılmasını, deportasiyanın sürətləndirilməsi və immiqrasiya idarələrinə minlərlə yeni işçinin işə götürülməsini nəzərdə tutur.
Ötən ay Trump Obama erasına aid "Dreamer" proqramını qüvvədən salıb.
Həmin proqram 690,000 immiqrantın müdafiəsini nəzərdə tutur.
Konqresdə Demokratlar partiyasının aparıcı təmsilçiləri son təklifləri rədd edib.
Onlar prezident Trump-ı, əsasən Meksika və digər Latın Amerikası ölkələrindən olan gənc immiqrantların statusu ilə bağlı danışıqlar gündəliyinə sərhəd divarı məsələsini daxil etməmək barədə verdiyi vədindən geri çəkilməkdə ittiham edib.
"İmmiqrant uşaqlarına dair təxirə salınan proses" (Daca) adı daşıyan həmin proqram 2012-ci ildə prezident Barack Obama dövründə qəbul edilmişdi.
Mart ayında bu proqramın müddəti bitir və sənədin əhatə etdiyi gənc immiqrantların gələcəyi qeyri-müəyyən olur.
Bazar günü Ağ Evdən Konqresə göndərilən "prinsiplərin" siyahısına daxil edilən müddəalar bunlardır:
Bu siyahı ilə yanaşı Konqresə göndərdiyi məktubunda prezident Tramp vurğulayıb ki, qeyd etdiyi prinsiplər Daca proqramının əhatə etdiyi immiqrantların statusuna dair hər bir qanunda nəzərə alınmalıdır.
Ötən ay Trump respublikaçıların nəzarətində olan Konqresə bildirmişdi ki, Daca prorqramı ilə əhatə olunanlara kömək etmək üçün yeni qanunvericiliyin razılaşdırılmasına verilən vaxt müddəti 6 aydır.
Daca proqramı ABŞ-a qeyri-qanuni gətirilən immiqrant uşaqları və deportasiya təhlükəsilə üzləşən uşaqları əhatə edir.
Prezident Obama dövründə həmin statusda olan uşaqlara işləmək və oxumaq imkanı verilirdi, lakin proqramın tənqidçiləri Daca-nın qanunsuz miqrasiyanı leqallaşdırdığını bildirir./bbc.com/