Trampın yalanı ortaya çıxdı! Sən demə hər şey saxtaymış

Baxış sayı:
1027

 Amerika hökumətinin xüsusi fotoqrafçısından hadisə yaradacaq bir etiraf gəlib. Fotoqraf, ABŞ prezidenti Donald Trampın prezident andiçməsində açılış tədbirini daha böyük göstərmək üçün fotolar üzərində oynadığını etiraf edib.
 
Ötən il Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti kimi vəzifəyə başlayan Donald Tramp yeni bir qalmaqalla gündəmdədir.
Amerikada yeni yayımlanan bir sənədli filmdə Trampın ilk qalmaqalına yer verilib.
Sənədli filmdə Donald Trampın vəzifəyə başladığı andiçmə mərasiminin fotolarını baxarkən, sələfi Barak Obamanın 2009-ci ildəki andiçmə mərasiminin daha izdihamlı olmasından narahat olub, duruma anında müdaxilə etdiyinə yer verilib.


 
PREZİDENT OFİSİNİN İLK İŞİ FOTOLAR
 
Sənədli filmdə andiçmə mərasimindən çəkilən fotoşəkillə bağlı etiraflara da yer verilmişdir. Trampın narahatlığı prezidentliyinin ilk günündə yeni Ağ Evin bütün əməkdaşlarını hərəkətə keçirir və fotoşəkil visual olaraq bir bir təkrar əldən keçirilir.

Fotoqraflardan boş hissələrin atılması və fotoları daha izdihamlı göstərmək üçün yenidən üstündə visual oynanması tələb olunub.
Bu arada sosial mediada əvvəlki prezident Barak Obama və yeni prezident Donald Trampın açılış mərasimindəki kvadratlar müqayisə olunması üçün yan-yana gətirilərək paylaşılır.
Bu vəziyyət Donald Trampı daha da hiddətləndirir və Ağ Ev dərhal yenidən əl gəzdirilən saxta visual görüntüləri paylaşmağa başlayır.
Müxalifət.az