Trampın xanımı Ağ Evin sözçüsündən narazıdır - "HAMI ONUNLA MARAQLANIR..."

Melanya hesab edir ki, administrasiyada bir çox insanlar onunla maraqlanırlar, nəinki Trampla
 
ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp Ağ Evin rəsmi nümayəndəsi Şon Spayserin öz işinin öhdəsindən gələ bilməməsindən narahatdır.
Muxalifet.az xəbər verir ki, bu barədə "Politico" xanım Trampla mütəmadi təmasda olan xarici müşavirə istinadən xəbər verib.
"O, çox narahatdır ki, Spayser işinin öhdəsindən gələ bilmir. Spayser prezidentin qorunması üçün səy göstərmir" – deyə müşavir bildirib.
Onun sözlərinə görə, Melanya "sapmalardan" narahatdır. ABŞ-ın birinci xanımı hesab edir ki, administrasiyada bir çox insanlar onunla maraqlanırlar, nəinki Trampla.