Trampın Vikileaks sevgisi başına dərd oldu

Baxış sayı:
6886

ABŞ prezidenti Donald Trampa Wikileaksın qurucusu Culian Assanjın İngiltərənin paytaxtı Londonda çıxarıldığı məhkəmədə həbs olunması haqqında sual yönləndirilib. Tramp suala cavablındırmaqdan qaçaraq, "Wikileaks haqqında heç bir şey bilmirəm. Bu mənim işim deyil" İfadəsini işlədib.
 
Təxminən 3 il əvvəl "Wikileaksə aşiqəm" açıqlaması ilə əlaqədar tənqid olunan Trampa bir jurnalist Assanjın həbs olunduğunu xatırladaraq "Wikileaks-i hələ də sevirsinizmi sualını yönəldib.
Tramp suala, "Wikileaks haqqında heç bir şey bilmirəm. Bu mənim işim deyil" cavabını verərərk əsil cavabdan qaçıb.
Culian Assange ilə bağlı edilməsi lazım olan şeylər olduğunu bilirəm" deyən Tramp, bu məsələ ilə ədliyyə naziri Uilyam Barrın məşğul olacağını bildirib.
Trampın cavabı Amerikan mətbuatında, "Tramp Assanj sualına altdan-altdan cavab verdi" şərhinə yol açıb.
 Qeyd edək ki, 2016 prezident seçkilərindən bir neçə ay əvvəl Wikileaks Demokrat Partiyanın sürücülərindən 20 min elektron məktubu dərc etdirmişdi.
Müxalifət.az