Trampın vədi: BORCUMUZU KÖRFƏZ ÖLKƏLƏRİ ÖDƏYƏCƏK – Baxçalıdan açıqlama

Tehran-Ər-Riyad qarşıdurması fəlakətin xəbərçisidir.
 
Bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiyanın sədri Dövlət Baxçalı söyləyib.
“Qarşımızdakı zülüm piramidasının içində hər şey var. Enerji oyunları, strateji qarşıdurmalar ölkələrin fiziki olaraq üz-üzə gəlməsi ilə yox, terror təşkilatlarının vasitəçiliyi ilə icra edilir. Trampın prezident olmazdan öncə dediyi “borcumuzu Körfəz ölkələri ödəyəcək” ifadəsi tam şəkildə icra olunur”, – deyə o bildirib.