​Trampın “Tvitter” səhifəsini son iş gününü çalışan əməkdaş bloklayıb

ABŞ prezidenti Donald Trampın ötən həftə bloklanan “Tvitter” səhifəsi ilə bağlı araşdırma aparılıb.
Hurriyyet.org xəbər verir ki, araşdırma zamanı məlum akkauntu sosial şəbəkənin xidməti əməkdaşının blokladığı məlum olub. Şirkətdəki son gününü başa vuran şəxs işdən çıxmaqdan qabaq prezidentin akkauntuna “əl gəzdirib”: “Araşdırma zamanı məlum olub ki, bu iş dəstək xidmətinin əməkdaşının əməlidir. Biz şirkətdaxili araşdırma aparırıq”.
Xatırladaq ki, ötən cümə günü Ağ Ev sahibinin səhifəsi 11 dəqiqəlik bloklanmışdı. Bunu Birləşmiş Ştatların 42 milyonluq izləyicisı həmən dəqiqə hiss etmişdi.