Trampın Türkiyə qərarı ABŞ-ı qarışdırdı

Baxış sayı:
4849

“New York Times” qəzeti Trampın gömrük rüsumlarına dair verdiyi qərarların, Dünya Ticarət Təşkilatında (DTT) yeni bir böhrana səbəb olduğunu yazıb. Yazıda, ABŞ prezidenti Donald Trampın gömrük rüsumları məsələsində verdiyi qərarların ölkənin müttəfiqlərini, siyasiləri və müəssisələri narahat edərkən, Dünya Ticarət Təşkilatında (DTT) da yeni bir böhrana qapı araladığı qeyd olunub.
 
“New York Times”-ın xəbərinə görə, Tramp, polad və alüminium üzərindəki gömrük vergilərini, milli təhlükəsizlik ya da Amerikalı metal istehsalçılarını qlobal rəqabətdən qorumaq üçün dəyişdiyini söyləsə də, Kanada, Meksika və Aİ kimi DTT üzvləri öz metallarının ABŞ-a bir təhdid yaratmadığını bildirir.
DTT isə alacağı hər qərarın təşkilat içində bir problemə yol açacağından narahatdır. Təşkilatda Tramp rəhbərliyinə qarşı veriləcək hər bir qərar, ABŞ-ın təşkilatdan çıxmasına yol aça biləcəyi kimi, Amerika xeyrinə alınan bir qərar da təşkilatın digər ölkələr üzərindəki təsirini azaldıb, bu ölkələri təşkilatın normaları çərçivəsindən kənara çıxaraq öz milli təhlükəsizlik maraqlarını qorumağa sövq edə bilər.
 DTT-nın baş direktoru Robeto Azevedo da Trampın gömrük vergiləri qərarlarının həssas bir durum yaratdığına diqqəti çəkərək, "Trampın qərarları, nə qədər obyektiv, balanslı və qərəzsiz olursa olsun, nəticədə birləri çox bədbəxt olacaq" deyə, xəbərdarlıq edib.
Müxalifət.az