Trampın Türkiyə əlaqələri – Xüsusi prokuror bunu da araşdırır

Amerikada Prezident Donald Trampın və komandasının Rusiya ilə bağlı mümkün əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller Türkiyəni bu prosesdən kənarda saxlamayıb.
 
"Nyu York Tayms" qəzeti xüsusi prokurorun Tramp komandasının keçmiş üzvünün Türkiyə ilə əlaqələrini də araşdırmağa başladığını yazıb.
Xəbərə görə, Robert Müller Ağ-Evdə prezidentin milli təhlükəsizlik müşaviri işləmiş və sonradan Rusiya ilə əlaqələri səbəbindən istefaya getmiş general Flinin Türkiyə hökuməti ilə əlaqələrini araşdırır.
Qəzet iddia edib ki, bu işin araşdırılmasına səbəb Trampın prezidentlik kampaniyasının son aylarında Türkiyə hökuməti tərəfindən gizli ödənişlər edilməsidir. Söhbət lobbiçiliklə bağlı sənədin mövcud olmasından gedir.
Federal Təhqiqatlar Bürosunun araşdırmalarında da general Flinin bir Türk-Amerika firması ilə bağlı məqamı incələdiyi bildirilir. Şirkət Flinin konsultasiya şirkətinə Türk hökumətinin lobbiçiliyi üçün 530 min ABŞ dolları ödədiyi bildirilir.