​Trampın ticarət savaşı özünə qarşı çevrildi

Baxış sayı:
1771

ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrə qarşı başlatdığı ticarət savaşı ölkənin avtomobil brendi “Ford Fokus”u çətin vəziyyətə salıb.
Muxalifet.az xəbər verir ki, şirkət Çində istehsal etdirdiyi və ABŞ-a satmağı planlaşdırdığı yeni model “Ford Activa” avtomobillərinin satışını dayandırıb.
“Ford” yaşanan iqtisadi böhrandan dolayı Hindistanda istehsal etdirdiyi “EkoSport” avtomobillərini idxal edərək ABŞ-dakı çatışmazlığı aradan qaldırmağa çalışır.
Bundan əlavə, Çindəki ən böyük avtomobil istehsalçısı olan “General Motors” vergi yükünün azaldılmayacağı təqdirdə avtomobillərin istehsalını dayandıracağı barədə xəbərdarlıq edib.