Trampın şəxsi vertolyotu qəzaya uğradı

ABŞ-ın Nyu York şəhəri yaxınlığında vertolyot qəzaya uğrayıb.
 
Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
Məlumatlara görə, vertolyotun quyruq hissəsi hasara çırpılıb.
Qeyd edilib ki, vertolyot ABŞ Prezidenti Donald Trampa məxsus olub. Qəzadan sonra pilotlar vertolyotun üzərində yazılmış "Tramp" sözünü gizlətməyə çalışıblar.
Olayın dəqiq səbəbləri məlum deyil. Hadisə zamanı Tramp vertolyotda olmayıb.