Trampın seçki kampaniyasının RƏHBƏRİ FBİ-yə TƏSLİM OLDU

 ABŞ-da aylardır davam edən Rusiya araşdırmasında qırılma anı yaşanır.
 
Prezident Trampın seçki kampaniyasını idarə edən Manafort təslim olma çağırışına tabe olaraq az əvvəl FBI binasına daxil olub. Təslim olması istənən bir başqa şəxs isə Manafortun keçmiş biznes ortağı Gatesdir. Manafort və Gates, ABŞ-a qarşı sui-qəsd, pul yuma təşəbbüsü, malıyyə bəyanında gizlətmə və xarici bir ölkə üçün qeyri-rəsmi işləmək kimi 12 fərqli ittihamla üz-üzədir.
Bu İki şəxsin milyonlarla dollar müqabilində Rusiyaya qaçan devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviç üçün ABŞ-da lobbiçilik etdiyi iddia edilir.
Sözügedən həbslər müstəqil prokuror Müllerin apardığı Rusiya araşdırması çərçivəsindəki ilk həbs olsa da, ittihamların mahiyyəti də aydın olaraq açıqlanmayıb. Həbslərin Rusiya və Tramp kampaniyası arasında "gizli iş birliyi" iddiaları nə şəkildə əlaqəli olduğu isə hələ də bəlli deyil.
Müxalifət.az