Trampın seçki kampaniyası rəhbərinin pul yumada iştirakı araşdırılır

ABŞ prezidenti Donald Trampın sabiq seçki kampaniyası rəhbəri yeni hüquqi problemlərlə üzləşmək üzrədir.
 
Mətbuatın yaydığı məlumata görə, Nyu Yorkun Cənub Mahalının prokuroru, Pol Manafortun ehtimal edilən pul yuma əməliyyatlarında iştirakını araşdırır.
Manafort Trampın seçki kampaniyasının aparıcı fiquru olduğundan onun adı həmin kampaniya ilə Rusiya höküməti arasında mümkün əlaqələri araşdıran xüsusi müstəntiq Robert Müllerin təhqiqatında tez-tez hallanır.
Bu ana qədər Manafort istintaqla bağlı heç bir ictimai bəyanat yaymayıb.