Trampın sanksiya qərarı "Qalatasaray"ı ÇÖKDÜRDÜ - Sərt açıqlama

Baxış sayı:
1423

Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti Əbdürrəhim Albayraq ABŞ prezidenti Donald Trampln ünvanına sərt ifadələr işlədib.

Muxalifet.az xəbər verir ki, vitse-prezident Trampın Türkiyəyə tətbiq etdiyi maliyyə sanksiyalarından sonra türk lirəsinin dollar qarşısında dəyərini itirməsinə görə transfer gerçəkləşdirə bilmədiklərini deyib.

“CNN Türk” telekanalında qonaq olan Ə.Albayraq bunları deyib:

“Amerikada bir adam var ha… Allah onu qəhr eləsin, bizi məhv elədi. Trampdan bəhs edirəm. Allahın cəzası…"Təyyarə endirdim" sözləri yoxdur. Nə təyyarə endirə bilərsiniz, nə də qaldıra bilərsiniz. Çünki borcumuz bir gündə 25 fazir çoxaldı. Bütün klublar futbolçu satmaq üçün cəhd göstərəcək. Asan sata bilmirik. Zamanında böyük pullar verilib. Satmağa niyyətlənərkən, verəcəyimiz klublar bu pulları vermir. Belə də olanda futbolçunu əldən çıxara bilmirsiniz”.