Trampın şahzadə ilə bağlı tviti ortaya çıxdı - Foto

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının həbs edilmiş şahzadəsi Əlvəlid Talalla bağlı yazdığı tvit ortaya çıxıb.
 
Tramp tviti hələ prezident olmadığı zaman – 2015-ci ildə yazıb.
“Şahzadə Əlvəlid Talal (Alwaleed Talal) atasının pulları ilə ABŞ siyasətçilərini idarə etmək istəyir. Prezident seçildiyim zaman buna imkan verməyəcəyəm”, - Trampın 2 il əvvəl yazdığı tvitdə qeyd olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əs-Səud ölkəyə raket hücumundan sonra hakimiyyətdə və silahlı qüvvələrin komandanlığında bir sıra dəyişikliklər edib.
Kralın qərarı ilə 10 şahzadə və 12 keçmiş nazir həbs edilib. Salman ibn Əbdüləziz əs-Səudun sərəncamı ilə adı korrupsiya və rüşvətxorluqda hallanan məmurların araşdırılması, istintaqa cəlb olunması üçün xüsusi komissiya yaradılıb./axar.az