​Trampın sağlamlıq haqda ARAYIŞI SAXTA İMİŞ – Həkimindən iddia

Baxış sayı:
4915

Seçkiqabağı təbliğat zamanı Donald Trampın təqdim etdiyi sağlamlıq haqda arayış qondarmadır.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Trampın keçmiş həkimi Harold Bornstayn deyib.
CNN həkimin sözlərini efirdə səsləndirib:
“O, bütün məktubu özü diktə etdi. Mən isə yazmadım”.
Həmin sənəddə zəmanət verilir ki, Tramp kifayət qədər güclü və dözümlüdür. O spirtli içki və tütündən aşırı dərəcədə istifadə etməyib. Qan təzyiqi əladır, sağlamılığıyla bağlı ciddi heç bir problemi yoxdur.
Boronstayn bildirib ki, Trampa yazdığı reseptləri jurnalistlərə açıqlayandan sonra prezident onunla bütün əlaqələri kəsib.