Trampın S-400 və F-35 çıxışından sonra ABŞ-dan yeni açıqlama!

Baxış sayı:
7789

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus Türkiyənin S-400 əldə etməsinə yönəlik "Necə bir sanksiya tətbiq olunacağı mövzusunda hələ bir qiymətləndirməmiz yoxdur və əvvəlcədən də bunu deyə bilmirik'' deyib. Bu sözləri Ortagus nazirlikdə keçirdiyi mətbuat konfransı zamanı deyib. Ortagus mətbuat konfransında Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemlərini almasına da toxunub. "BÜTÜN VARİANTLARI QİYMƏTLƏNDİRİRİK" Ortagus Xarici İşlər naziri Mayk Pompeo və prezident Donald Trampın mövzunu qiymətləndirdiyini ifadə edərək bunları söyləyib: "Nazir və prezident ABŞ-ın Rəqibləriylə Sanksiyalar Yoluyla Mübarizə Etmə Qanunu (CAATSA) sanksiyaları mövzusunda bütün variantları qiymətləndirir. Nəticələrin nə olacağını buradan olduqca açıq bir şəkildə ifadə etdik. Türkiyənin F-35-ləri ala bilməyəcəyi ilə bağlı nəticələri də bu gün prezident Trampın çıxışında gördünüz. Necə bir sanksiya tətbiq olunacağı mövzusunda hələ bir qiymətləndirməmiz yoxdur və əvvəlcədən də ifadə edə bilmirik. Nazir və prezident ABŞ qanunları çərçivəsində vəziyyəti qiymətləndirərək lazımlı qərarı alacaq". TRAMP OBAMA RƏHBƏRLİYİNİ GÜNAHLANDIRDI Qeyd edək ki, Tramp dünən mövzu ilə bağlı olaraq keçmiş prezident Barak Obama rəhbərliyini tənqid etmiş, Türkiyənin israrlı cəhdlərinə baxmayaraq “Patriot” raketlərinin satılmadığını vurğulamışdı. Bundan sonra Türkiyənin Rusiyadan raket satın almaq məcburiyyətində qaldığını ifadə edən Tramp, "İndi də Rusiyadan bunu aldıqları üçün milyardlarla dollar dəyərindəki döyüş təyyarələrini Türkiyəyə sata bilmirik" deyə bildirmişdi. Müxalifət.az