Trampın rəqibi seçki yarışından geri çəkildi

Baxış sayı:
4813

ABŞ-da 2020-də keçiriiləcək prezident seçkilərində namizəd olan Kaliforniya nümayəndəsi Eric Swalwell seçki yarışından çəkilib.
 
ABŞ-da 2020-də keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından namizəd olan Kaliforniya nümayəndəsi Eric Swalwell yarışdan çəkildiyini açıqlayıb.
Swalwell Kaliforniyadakı kampaniya ofisində etdiyi açıqlamada, namizədliyinin diqqəti cəlb etmədiyini ifadə edərək prezidentlik yarışından çəkildiyini söyləyib.
Kampaniya müddətində bir çox həyat hekayəsinin ona toxunduğunu və yeni perspektivlər qazandırdığını dilə gətirən Swalwell, bundan sonra işlərini ABŞ Nümayəndələr Məclisinə yenidən girə bilmək və digər demokratlara dəstək olmaq üçün davam etdirəcəyini qeyd edib.
 
Demokratlarda Co Bayden irəlidədir
 
Qeyd edək ki, ABŞ-da 2020 prezident seçkiləri üçün Swalwell-dən başqa 23 namizəd yarışır.
Demokratlarda prezidentliyə namizəd yarışını ictimai sorğu yoxlamalarında keçmiş vitse prezident Co Bayden açıq fərqlə öndə apararkən, Vermont senatoru Bernie Sanders də onu yaxından izləyir.
ABŞ-da 59cu prezident seçkiləri 3 noyabr 2020-də keçiriləcək.
Müxalifət.az