Trampın Qüds qərarının doğurduğu 3 əsas NƏTİCƏ

Baxış sayı:
5630

ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və səfirliyin Təl-Əvivdən Qüdsə daşınması ilə bağlı qərarın "Fələstin problemi" baxımından bir çox mənası və nəticəsi olacaqdır.
 
Əvvəla, ABŞ prezidenti Donald Trampın bu qərarı elan etməsi İsrailin işğal etdiyi Fələstin torpaqlarını işğal və istismar etmə siyasəti çox əhəmiyyətli bir həddi keçmiş oldu. Halbuki Qüds, İsrail ilə Fələstin arasındakı danışıqlar prosesinin son mərhələsində qərara bağlanacaq kilid mövzularından biri idi. Trampın sözügedən həmləsi bu prosesin axarını ddəyişmiş oldu.
Bu baxımdan ABŞ prezidenti Trampın bu həmləsinin "Fələstin problemi" baxımından bir çox mənası və nəticəsi olacaq:
Birincisi, İsrail-ABŞ pəncərəsindən baxanda, Fələstin-İsrail problemi ilə bağlı bu gün iki dövlətli həll ehtimalı masadan qalxmış kimi görünür.
İkincisi, Trampın son qərarından sonra ABŞ-ın maskası yırtılmış və İsrail-Fələstin münaqişəsində tərəf olduğu, xüsusi ilə də İsraildən yana tərəf olduğu gerçəyi üzə çıxmışdır. Məhz bu baxımdan ABŞ-ın bundan sonra bu münaqişədə “vasitəçi” rolunda çıxış etməsi, yaxud hər şey ortalığa çıxmışkən Vaşinqtonun tərəfsiz olmasını nə Fələstinə, nə də İslam toplumlarına qəbul etdirmək mümkünsüz olacaq. Həqiqətdə Fələstin-İsrail danışıqları prosesində xeyli vaxtdır "vasitəçilik" edən, lakin həqiqətdə "quzu dərisinə bürünmüş bir canavar" olan ABŞ-ın, bu kimliyi, indi yaxşıdan yaxşıya faş olmuş durumdadır. Ən azından yaxın gələcəkdə ABŞ-ın tərəflər arasında sülh prosesinə vasitəçilik etməsi, həm Fələstin xalqı, həm də ümumiyyətlə İslam dünyası üçün qəbul edilməz bir variant kimi görünür.
Üçüncüsü, ABŞ-ın bu həmləsindən sonra İsrail ilə Fələstin rəhbərlikləri arasında müzakirə prosesi İsrailin istədiyi şəkildə "həlli" simvollaşdıran sülh prosesini xatırlatdığı üçün danışıqların aparılması Fələstin tərəfindən qəbul olunmayacaq. Çünki artıq bəlli oldu ki, bu şəkildə aparılan danışıqların Fələstin üçün heç bir perspektivi yoxdur və proses onlara qaranlıq gələcəkdən başqa heç nə vəd etmir. Son olaraq, bu ədalətsiz həllə öz mənfəətləri üçün göz yuman bəzi Ərəb rejimlərinin hesabları və dəbdəbəsi  də Trampın bu həmləsi ilə pozulmuş oldu.
Müxalifət.az.