Trampın "Qüds" qərarında QUMARXANALAR “KRALI”NIN TƏSİRİ OLUB

Baxış sayı:
1143

ABŞ prezidenti Trampın, Qüdsü İsrailin paytaxtı kimi tanıması bütün dünyadan təpkilərlə qarşılaşırkən, qərarla bağlı yeni iddialar da ortaya atılmağa başlayıb.
 
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması beynəlxalq gündəmin ən başında oturarkən, Amerika prezidentini tez-tez sərt tənqid edən “New York Times” (NYT) qəzeti, bu qərarın diplomatik deyil, siyasi olduğunu yazıb. Trampın seçki kampaniyası zamanı Yəhudi lobbisinin öncüllərinə Qüdsü paytaxt olaraq tanıma sözü verdiyini yazan NYT, Amerikalı məşhur qumarxanalar zəncirinin sahibi Şeldon Adelsonun Trampdan bu sözü prezidentlik kreslosuna oturmazdan əvvəl aldığını və bunu Amerika Sionist Təşkilatının  prezidenti Morton Kleine çatdırdığını yazıb.
Qəzet, Adelsonın Trampın kampaniyasına 20 milyon dollar ianə verdiyini də qeyd edib. Başqa mənbələrə görə isə Şeldonun Hillari Klinton əleyhinə olan kampaniyalara da əlavə 25 milyon dollar xərclədiyibildirilir. Tramp, 2016-cı ilin mart ayında ABŞ-ın ən güclü lobbi qrupu Amerikalı Xalqla Əlaqələr Komitəsində çıxışında "Amerika səfirliyini Yəhudi xalqının əbədi paytaxtı Qüdsə daşıyacağıq" demişdi. NYT-nin xəbərinə görə, Trampın Yaxın Şərqdə təmaslarda olan Yəhudi kürəkəni Jared Kuşner, Vaşinqton rəhbərliyinin regionda əlaqələrini və mövqelərini gücləndirmədən səfirliyin Qüdsə köçməsinin göstərdikləri bütün səyləri məhv edə biləcəyini deyib. Bu, Adelsonu və digər İsrail tərəfdarlarını ciddi şəkildə qəzəbləndirib. Bunun ardından Adelson, oktyabr ayında Ağ Evdə həyat yoldaşı ilə birlikdə iştirak etdiyi axşam yeməyində bu məsələni açıb. Yeməkdə Kuşner və dövrün Ağ Ev baş stratejisti Stefan Bannon da iştirak edib. Bannon da səfirliyin Qüdsə daşınmasına meyilli olan şəxs kimi tanınır.
 
QƏZETƏ TƏŞƏKKÜR ELANI
 
Yəhudi lobbisinin güclü şəxslərindən olan Adelsondan başqa, Evangeliya Xristian qrupları da Trampa Qüdsün vəziyyətinin prioritet məsələ olduğunu xatırladıb. Çünki bu xristian təriqət Hz.İsanın geri qayıtması üçün Qüdsün İsrail hakimiyyətində olması lazım olduğuna inanır.
Sonunda Tramp, ona səs verən təbəqələrin “etimadını” doğruldaraq Qüdsü İsrailin paytaxtı elan edib. Trampın havadarlarından olan Respublikaçı Yəhudi Komitəsi dünən “New York Times” qəzetinə Trampın İsraildəki  Ağlama Divarı önündə dua edərkən göründüyü bir elan verib. Minnətdarlıq elanında "Söz verdin. Yerinə yetirdin" yazılıb.
 
NAZİRLƏR TRAMPA QARŞI ÇIXDI
 
“New York Times”, Trampın bu qərarı alarkən ABŞ xarici işlər naziri Reks Tillerson və müdafiə naziri Cim Mattisin tövsiyələrinə zidd hərəkət etdiyini yazıb. Buna görə, Tillerson və Mattis bu qərarın ölkə xaricindəki Amerikalı əsgərlərə və diplomatlara qarşı hücumlara yol açmasından narahat olmuşdu.
Müxalifət.az