​Trampın qərarına Rusiyadan ETİRAZ: Ədalətsizlikdir

Baxış sayı:
2209

ABŞ lideri Donald Trampın Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarı ən azı ədalətsizlikdir.
Muxalifət.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Anton Morozov deyib. O bildirib ki, “Minsk-2” razılaşmasının öhdəlikləri məhz Kiyevin səhvi ucbatından həyata keçirilmir:
“Minsk-2” ilə bağlı həyata keçirilməyən öhdəliklərə görə Rusiya günahkar bilinir. Bu ədalətsizlikdir. Çünki Rusiya tərəfi öz üzərinə düşən vəzifəni yerinə yetirib”.
Qeyd edək ki, ötən gün ABŞ lideri Tramp Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 2014-cü ildən tətbiq edilən sanksiyaları daha bir il uzatmaq barədə qərar qəbul edib.