Trampın prezidentlərlə telefon danışıqları mətbuata sızdı

ABŞ prezidenti Donald Tramp və administrasiyası bağlı skandallar bitmir. Bu dəfə prezident Trampın Amerika ilə Meksika sərhəddində beton divar hörmək məsələsinə dair həmin ölkənin prezidenti Enrike Penya Nyeto ilə apardığı telefon danışıqlarının detalları mətbuata sızıb.
 
Trampın meksikalı həmkarı ilə bu ilin yanvarında apardığı telefon danışığı gündəmə gətirilib.Trampın ən əhəmiyyətli seçki vədi olan Meksika ilə sərhəddə divarın çəkilməsi məsələsi prezidentlər arasında maraqlı dialoqa səbəb olub.
Mətbuata sızan xəbərə görə, Tramp meksikalı prezidentə deyib ki, müzakirə mövzusu olan hasarın pulunu ödəməyəcəyini mətbuata söyləməməlidir: "Mətbuat bunu eşitsə, mən bu şərtlər altında danışıq apara bilmərəm. Buna istəyirsiniz inanın, istəyirsiniz inanmayın. Bu siyasət baxımından ən əhəmiyyətli mövqedir".
Prezident Trampın Avstraliya baş naziri Malkolm Trunbulla telefon danışıqları da Vaşinqton Post-a sızıb.
Trampın bəyanatından qısa bir müddət sonra Avstraliya baş naziri deyir: "Siz qaçqınları satın alaraq ölkəni məhv etmək istəmirsiniz. Almaniyada yaşananlara baxın. Mən bu gün Merkellə danışdım, inanın mənə, Merkel deyir ki, kaş qaçqınları ölkəyə buraxmazdım".
Qeyd edək ki, sözügedən telefon danışığı zamanı Avstraliya ilə Obama administrasiyası arasında əldə olunan razılaşmaya əsasən 2000 qaçqın Avstraliyadan ABŞ-a getməsi məsələsi də müzakirə edilib. Bu məsələni gündəmə gətirən Tramp "bütün günü telefonla danışıqlar apardın, ən xoşagəlməz görüş oldu bu. Putinlə apardığım müzakirə çox gözəl idi. Qaçqınlar mənim imicimi ABŞ-da məhv edəcəklər. Mən qaçqınlarla bağlı qadağalar gətirdim, iki min qaçqını qəbul etmirəm. Mən dünyanın ən yaxşı insanıyam, amma indi iki min adamın gəlməsini gözləyirəm".