​Trampın prezident olmasını O istədi - Mətbuat katibindən SENSASİYALI AÇIQLAMA

Baxış sayı:
5731

2016-cı ildən bəri ABŞ prezidenti postunda olmasına baxmayaraq, Donald Trampın bu ali vəzifəyə seçilə bilməsi hələ də bir çox amerikalının beynində sual kimi qalıb. Bu dəfə Ağ Evin mətbuat katibi Sara Sandersin Trampın prezident seçilməsini “Tanrı istədi” şəklində şərh etməsi müzakirələrə səbəb olub. Sanders Xristian Yayım Şəbəkəsində (CBN) qatıldığı bir proqramda Trampın prezident olmasını dəyərləndirib. Tanrının hər kəs üçün bir rol hazırladığını deyən mətbuat katibi Trampın prezident olmasının səbəbini Tanrının istəyi ilə əlaqələndirib. Bu açıqlama Amerika ictimaiyyətini iki yerə ayırıb. Bir qisim Sandersin bu sözlərini bəyənsə də, digərləri axmaqlıq adlandırıb./Publika