Trampın PLANI İFŞA OLDU!

Baxış sayı:
6379

Donald Tramp, ABŞ əsgərlərini bölgədən çəkməkdən imtina etmədiyi istiqamətindəki bəyanatlar versə də, Suriyada ön cərgədə yer almağa yönəlik hərbi və diplomatik addımlar atır.
 
ABŞ, İngiltərə və Fransanın da dəstəyini alaraq Bəşər Əsədi vurmasından sonra iddia edildiyi kimi, bir "3-cü Dünya Müharibəsi” baş vermədi. Ankarada indi təcavüzünün məqsədinə dair təhlillər aparılır.
 
ANKARAYA GÖRƏ ƏMƏLİYYATIN PƏRDƏ ARXASI
 
Hücumun məqsədi haqqında ön plana çıxan 3 əsas tezis belədir: birincisi, Yaxın Şərqdə Obama kimi, bəsirətsiz lider mövqeyinə düşmək istəməyən Trampın yenidən sükana keçmək səyi, ikincisi, Rusiyanın, "Vur" deyə, meydan oxumasına cavab, üçüncüsü də Türkiyəni Rusiya-İran blokundan uzaqlaşdırmaqdır.
 
REAKSİYA MƏCBURİ İDİ
 
Tramp, Rusiyanın, "Cavab verərik" açıqlamasına qarşı reaksiya göstərməli idi. Trampın bəyanatından sonra ABŞ hərbi, siyasi və diplomatik bürokratiyası buna əməl etmək məcburiyyətində qaldı. Suriyadakı hədəflər Rusiya ilə qarşı-qarşıya gəlməyəcək şəkildə məhdud tutulub. Rusiyaya, Əsədə gözdağı verildiyi kimi, Tramp həm daxili siyasətdə, həm də xarici siyasətdə birlik nümayiş etdirmək istəyində idi. Fransa və İngiltərənin dəstəyi bu baxımdan vacib idi. Tramp, Suriya və Orta Şərq siyasətində əvvəlki prezident Obama kimi, "bəsirətsiz" lider kimi görülmək istəmədi.
 
ÜÇLÜ İTTİFAQ HƏDƏF ALINDI
 
Tramp ABŞ-Qərbi blokuna qarşı Türkiyə-Rusiya-İran ittifaqını pozmaq, ya da bir həmləylə səfləri dəqiqləşdirmək istədi. Növbəti prosesdə bu məsələdə Türkiyə üçün səfini bəlli etmək qərarı almaq məcburiyyəti yarada bilərlər. Türkiyənin əməliyyata dəstək açıqlamasının altında da bu risk yatır. Əsədin gediş prosesinin sürətləndirilməsi və ABŞ-ın yenidən buna daxil olması Türkiyənin qarşı çıxacağı bir vəziyyət deyil. Ancaq Ankara, PKK/PYD ilə əməkdaşlıq üçün ABŞ-a qarşı etimad böhranı yaşayır. ABŞ-ın zədələnən bu inamı yenidən bərpa etməsi lazımdır. Ankara, ABŞ ilə Rusiya arasında qalmamaq üçün balanslı və ədalətli bir siyasət izləməyi üstün tutur.
 
TRAMP ÇƏKİLMƏK DEYİL, BAŞ AKTYOR OLMAQ İSTƏYİR
 
Tramp, əməliyyatdan çox qısa müddət əvvəl Suriyadan əsgərlərini çəkəcəklərini açıqlayıb, "Getməyimizi istəmirsinizsə, əlinizi daşın altına qoyun" demişdi. Bu mesajı Səudiyyə Ərəbistanı və Fransada əks-səda tapdı. Tramp, "Çıxacağıq" deyərkən sahədəki vəziyyət bunun tam əksini göstərir. ABŞ-ın Suriyada 20-yə qədər hərbi bazası yerləşir. CENTCOM-un Suriyanın şimalında 500 hərbçisi, 2 minə qədər muzdlu əsgəri var və bu say artırılır. ABŞ, pilotsuz İHA və SİHA-la regiondakı fəallığını həmişə üstün səviyyədə saxlayır. ABŞ Aralıq Dənizində yerləşən 6-cı Donanmaya əlavə yeni bir donanma göndərib.
 
TƏCAVÜZDƏN SONRA PKK-ya SİLAH İSTƏYİ
 
Digər tərəfdən, ABŞ, Fransa və İngiltərənin Suriyaya yönəlik əməliyyatından sonra Pentaqondan diqqət çəkən bir istək gəlib. Pentaqonun 2019-cu il Müdafiə Büdcəsində, Suriyada PYD/PKK- da daxil olduğu 60-65 min nəfərlik qüvvə üçün silah və komanda heyəti tələb etdiyi ortaya çıxıb.
Müxalifət.az